Gəncə şəhər sakini M.Hüseynova məxsus avtomaşının Gülüstan qəsəbə sakini N.Qədirli tərəfindən qaçırılması müəyyən edilmişdir
09.02.2012Fevralın 9-da saat 03.00 radələrində Gəncə şəhəri ərazisində "VAZ-2106" markalı avtomaşının sürücüsü yol-hərəkəti qaydalarını pozduğuna görə saxlanılmışdır. Nizami (Gəncə) RPİ əməkdaşlarının apardıqları araşdırmalar zamanı avtomaşının şəhər sakini Maqsud Hüseynova məxsus olması və onun fevralın 9-na keçən gecə Gülüstan qəsəbə sakini, sərxoş halda olan Nihal Qədirli tərəfindən qaçırılması müəyyən edilmişdir.