DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində cəmi 24 cinayət faktı qeydə alınmışdır

18.05.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 24 cinayət faktı qeydə alınmışdır ki, onların da 21-i «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 3 nəfər yaralanmışdır. Gün ərzində 1 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 4 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri almışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 9 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 33 nəfər tutulmuşdur.

18.05.2005 tarixinə olan kriminal məlumatlar