Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir

28.09.2006

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Gəncə şəhər sakini Sergey Domoxindən 13,87 qram marixuana, Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ruslan Əliyevdən 3,204 qram tiryək, Ucar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Qarabağlı kənd sakini Əlihazar Qarayevdən 1 kiloqram 391 qram marixuana, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Gürcüstan vətəndaşı İlqar Mürsəlquliyevdən 0,264 qram heroin götürülmüşdür. Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Qazbinə kənd sakini, əvvəllər məhkum olunmuş Rafiq Gəncəliyevdən 13 qram marixuana götürülmüşdür. R.Gəncəliyevin evinə baxış zamanı əlavə 123 qram marixuana aşkar edilərək götürülmüşdür. Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, S.Ələkbərov küçəsində yaşayan Əzizə Əkbərovaya məxsus mağazanın qapı və pəncərələrinin alüminiumdan olan hissələrini oğurlamış, B.Səfəroğlu küçəsində yaşayan Ağababa Fərzəliyev tutulmuşdur. Ondan 0,284 qram heroin götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, rayon ərazisində 0,75 hektar sahədə yabanı halda bitmiş, çəkisi 5 ton 777 kiloqram olan 4622 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.