Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı-Qazax yolunun Abşeron rayonu Çiçəkli qəsəbəsi ərazisində yol-qəza hadisəsi

25.09.2006

Saat 10:00 radələrində, Bakı-Qazax yolunun Abşeron rayonu Çiçəkli qəsəbəsi ərazisində, Ağsu rayon sakini Sənan Usubəliyev "VAZ-2106" markalı avtomaşını idarə edərkən, İsmayıllı rayon sakini Ramiz Orucovu vurmuşdur. Nəticədə R.Orucov hadisə yerində ölmüşdür. Saat 21:10 radələrində, Qobu qəsəbəsi ərazisində, qəsəbə sakini Fəxrəddin Əliyev «Reno» markalı avtomaşını idarə edərkən, onu divara vurmuşdur. Nəticədə F.Əliyev və sərnişinləri, Qobu qəsəbə sakinləri 1961-ci il təvəllüdlü Gülmirzə Dadaşov, 1966-cı il təvəllüdlü Namiq Nəsrullayev hadisə yerində ölmüş, xəsarət almış Rəşad Şükürov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.