Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonu ərazisində Mübariz Hüsseynovun qətli ilə əlaqədar Ələt qəsəbə sakini Ruslan Mayılov tutulmuşdur

25.09.2006

Qaradağ rayonu ərazisində Mübariz Hüsseynovun qətlə yetirilməsi və ona məxsus "VAZ-2107" markalı AZ 10 OL 094 nömrəli avtomaşının aparılması faktı ilə əlaqədar keçirilən əməliyyat tədbirləri nəticəsində, Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisində, dövlət tanınma nişanları olmayan "VAZ-2107" markalı avtomaşın Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən, sürücü tabeçilik göstərməyərək hərəkətini davam etdirmişdir. BDYPİ YPXA-nın əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində, avtomaşın saxlanılmış və baxış zamanı AZ 10 OL 094 dövlət qeydiyyat nişanı və digər sənədlər aşkar edilmişdir. Avtomaşın və sürücü, Ələt qəsəbə sakini Ruslan Mayılov sonrakı araşdırmalar aparılması üçün Qaradağ RPİ-yə təhvil verilmişdir.