Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir

25.09.2006

Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, A.Qarayev küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Zaur Quliyevdən 0,353 qram heroin, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, D.Bünyatzadə küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Ədalət İskəndərovdan 0,222 qram heroin, Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, A.Qurban küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Yavər Bayramovdan 0,068 qram heroin, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, M.Rəsulzadə küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Mübariz Mirzəyevdən 0,285 qram heroin, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Cavid Əbilovdan 0,19 qram heroin, Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon sakini, əvvəllər məhkum olunmuş Roman Abdullayevdən 2 kiloqram 202 qram marixuana götürülmüşdür. Ucar RPŞ əməkdaşları tərəfindən Qaradağlı kəndi ərazisində 0,8 hektar sahədə yabanı halda bitmiş, çəkisi 928 kiloqram olan 1162 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.