Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İsmayıllı rayonunun Gəraybəyli kəndində yanğın baş vermişdir

24.09.2006

Saat 03:55 radələrində, İsmayıllı rayonunun Gəraybəyli kəndində, kənd sakini Nəsrəddin Lətifova məxsus 2 mərtəbəli 4 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra ev sahibinin qardaşı qızı, 1994-cü il təvəllüdlü Ruqiyyənin yanmış meyiti tapılmışdır.