Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları cinayətkar dəstə yaxalamışlar

24.09.2006

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, "qanunsuz araşdırma" aparmağa cəhd göstərmiş, Bakı şəhəri Z.Kərimov küçəsində yaşayan, əvvəllər məhkum olunmuş, cinayətkar aləmdə "qanunda oğru" kimi tanınan Yunus Nəzərov, Z.Bünyadov küçəsində yaşayan, cinayətkar aləmdə nüfuz sahibi sayılan Mübariz Hacızadə və Gəncə şəhəri Xaqani küçəsində yaşayan Şamil Mehdiyevdən ibarət cinayətkar dəstə yaxalanmışdır. Y.Nəzərovdan 10,124 qram, M.Hacızadədən 5 qram heroin, Ş.Mehdiyevdən isə 10,045 qram tiryək götürülmüşdür.