Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 32 cinayət faktı qeydə alınmışdır

23.09.2006

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 32 cinayət faktı qeydə alınmışdır ki, onların 29-u "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüş, 20 nəfər isə yaralanmışdır. Gün ərzində 6 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 49 nəfər tutulmuşdur.