Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

"Araz-Avia" Ticarət Mərkəzindəki valyuta dəyişmə məntəqəsini qarət etmiş İİR vətəndaşları tutulmuşlar

23.09.2006

Saat 15:00 radələrində, 3 naməlum şəxs, Binə qəsəbəsindəki "Araz-Avia" Ticarət Mərkəzində, valyuta dəyişmə məntəqəsində, oranın işçisi Rasim Əliyevə qarşı zor tətbiq edərək 1500 dollar pulunu alıb "Tofaş" markalı avtomaşınla hadisə yerindən qaçmışlar. Əzizbəyov RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətmiş İran İslam Respublikası vətəndaşları Şirazi Fərd Mansur Nasir, Xaladi Abdulrazax Xolən Hüseyn və Xosropur Qulam Şaxi Əliməhəmməd tutulmuşlar.