Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonu ərazisində yol-qəza hadisəsi

22.09.2006

Sentyabrın 23-nə keçən gecə Nərimanov rayonu ərazisində Ağstafa rayon sakini Novruz Eyyubovun idarə etdiyi "İveko" markalı və Şəmkir rayon sakini Cəlal Məhərrəmovun idarə etdiyi "VAZ-21063" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə, "VAZ-21063" markalı avtomaşının sərnişinləri, Şəmkir rayon sakinləri Aybəniz Məhərrəmova, onun qızı Nailə hadisə yerində ölmüş, Bakı şəhər sakinləri Fuad Qırxlarov və Kəmalə Orucova isə xəstəxanaya yerləşdirilmişlər.