Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları əməliyyat tədbirləri keçirmişlər

22.09.2006

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Yevlax rayon sakini Ərkinaz Abdullayeva bir qrup şəxslə cinayət əlaqəsinə girib, insan alveri ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə qadınları Birləşmiş Ərəb Əmirliklərinə göndərməsi faktı ilə əlaqədar tutulmuşdur. Ə.Abdullayevanın Bakı şəhərində müxtəlif vaxtlarda, bacısı Bərdə rayon sakini Fərqanə Mustafayeva ilə cinayət əlaqəsinə girərək qadınları fahişəliyə cəlb etməsi müəyyən edilmişdir. F.Mustafayeva tutulmuşdur. Binəqədi rayonu ərazisindəki "Tural" restoranında əxlaqsızlıq yuvası təşkil etdiyi üçün, İsmayıllı rayon sakini Ceyhun İsmayılov tutulmuşdur.