Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

22.09.2006

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, DİN Miqrasiya Xidməti və Yasamal RPİ əməkdaşları Masallı rayon sakini Tofiq Ağayevdən 0,135 qr, Sabunçu RPİ əməkdaşları Qabil Dadaşovdan 0,37 qram heroin, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Astara rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Rzayevdən 0,3 qram marixuana və 0,2 qram heroin, Suraxanı RPİ əməkdaşları Bakı şəhər sakini Telman Əzizovdan 6,07 qram marixuana, Gəncə ŞPİ əməkdaşları Lənkəran rayon sakinləri Elşən Həsənov və Sevinc Hüseynovadan 136,39 qram həşiş, Salyan RPŞ əməkdaşları rayon sakini Taryel Zeynalovdan 1,67 qram həşiş götürmüşlər.