Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gəncə ŞPİ DYPŞ-nin rəisi, polis polkovnik-leytenantı İkram Xəlilova xəsarət yetirmiş şəxslər tutulmuşdur

21.09.2006

Saat 23.30 radələrində, Gəncə şəhəri ərazisində Gəncə ŞPİ DYPŞ-nin rəisi, polis polkovnik-leytenantı İkram Xəlilov yol hərəkəti qaydalarını kobud surətdə pozan «VAZ-21011» markalı avtomaşını saxlamışdır. Avtomaşında olan sürücü və sərnişinlərdən biri İ.Xəlilovu yumruqla vuraraq ona kəllə-beyin xəsarəti yetirmişlər. İ.Xəlilov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gəncə şəhər sakinləri Zabit Kazımov və Pərviz Məmmədov tutulmuşlar.