Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
16.12.2011Dekabrın 16-da saat 00.30 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini, ruhi xəstə Tacir Əhmədov vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir. Hadisə yerindən T.Əhmədova məxsus 1 ədəd əldədüzəltmə tüfəng və 8 ədəd güllə aşkar edilərək götürülmüşdür.