Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

20.09.2006

Əli Bayramlı ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Tərtər rayon sakini Şahin Quliyevdən 97, 905 qram heroin, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Valeh Qurbanovdan 2,263 qram tiryək, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Omar Mustafayevdən 1,76 qram həşiş və 1,12 qram marixuana, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Cəfər Həsənovdan 6,17 qram həşiş, 0,145 qram heroin, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon sakini Elman Şükürovdan 0,058 qram heroin götürülmüşdür.