Ələt-Astara yolunun Astara rayonu Təngərut kəndi ərazisində yol-qəza hadisəsi
19.09.2006Saat 17:40 radələrində, Ələt-Astara yolunun Astara rayonu Təngərut kəndi ərazisində, Astara RPŞ DYPB-nin əməkdaşı, polis serjantı, 1974-cü il təvəllüdlü Elman Nuriyevin idarə etdiyi "Tofaş" markalı və Gürcüstan vətəndaşı İrakli Abuladzenin idarə etdiyi "Mercedes-ML-300" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə E.Nuriyev və sərnişini, Astara RPŞ DYPB-nin əməkdaşı, polis baş leytenantı, 1972-ci il təvəllüdlü Rafiq Səmədov hadisə yerində ölmüşlər.