Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

17.09.2006

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Rahib Ağamirzəyevdən 0,243 qram heroin, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nadir Kərimovdan 0,288 qram heroin, Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qəzənfər İlyasovdan 0,364 qram heroin götürülmüşdür. Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Cığatay kənd sakini Novruz Həmidovdan 6,21 qram marixuana götürülmüşdür. N.Həmidovun həyətyanı sahəsində isə kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 135,5 qram olan 2 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.