Bakı-Şamaxı-Yevlax yolunun Mirikənd kəndi ərazisində yol-qəza hadisəsi
15.09.2006Saat 07:30 radələrində, Bakı-Şamaxı-Yevlax yolunun Mirikənd kəndi ərazisində, İsmayıllı rayon sakini Vüqar Əhmədov "VAZ-2106" markalı avtomaşını idarə edərkən, onu ağaca vuraraq aşırmışdır. Nəticədə V.Əhmədov və sərnişinlərindən biri, həmyerlisi, 1950-ci il təvəllüdlü Kimya Zərbəliyeva hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri Səminə Səfərova, Gülnar Xəlilova və Lətif Quliyev isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.