Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

14.09.2006

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Məmmədrzayev 0,203 qram heroini satarkən tutulmuşdur. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Hacıqabul şəhər sakini Ramil Xəlifəyevdən 0,201 qram heroin, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, qəsəbə sakini Vüqar Mirzəyevdən 0,375 qram heroin, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Gündüz Cəlilovdan 0,538 qram heroin, 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Rusiya Federasiyası vətəndaşı, milliyyətcə çeçen olan Uvais Xuseynovdan 0,273 qram heroin götürülmüşdür.