Masallı rayonunun Təzə Alvadı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
17.11.2011Noyabrın 17-də saat 13.00 radələrində Masallı rayonunun Təzə Alvadı kəndi ərazisində rayon sakinləri Fikrət Sadıqovun idarə etdiyi "VAZ-2106" və Sənan Hüseynovun idarə etdiyi "VAZ-21010" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə sərnişinlərdən biri - Tənzilə Sadıqova hadisə yerində ölmüş, xəsarət almış sürücülər və bir sərnişin xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.