Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 33 cinayət faktı qeydə alınmışdır

13.09.2006

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 33 cinayət faktı qeydə alınmışdır ki, onların 28-i "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır. Gün ərzində 2 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 4 nəfər yaralanmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 42 nəfər tutulmuşdur.