Ələkbər Fətullayev tutulmuşdur
13.05.200505.01.05 tarixdə Gəncə şəhərində İlqar Haqverdiyevi tapançadan atəş açaraq yaralayıb hadisə yerindən qaçmış Azərbaycan Respublikası CM-nin 29-120 və 228-ci maddələri ilə Kəpəz RPŞ tərəfindən axtarışda olan, Gəncə şəhərində yaşayan, əvvəllər məhkum olunmuş 1949-cu il təvəllüdlü Ələkbər Fətullayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfidən Buzovna qəsəbəsi ərazisində tutulmuşdur. Ondan 1 ədəd «Mauzer» tipli tapança və 9 ədəd patron götürülmüşdür.