Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotik vasitə ilə tutulmuş Əhəd Qədirovun digər cinayətləri də müəyyən edilmişdir

13.09.2006

Binəqədi RPİ əməkdaşlarının, narkotik vasitə ilə tutulmuş Əhəd Qədirovun ətrafında apardıqları əməliyyat tədbirləri nəticəsində, onun cari ilin iyun və iyul ayları ərzində Çiçək qəsəbə sakini Əzimə Kazımovanın evindən videomaqnitofon, Sulu Təpə qəsəbə sakini Sahib Abdullazadəyə məxsus «Mersedes-190» markalı avtomaşından isə şəxsi sənədləri və 1 ədəd mobil telefonu oğurlaması müəyyən edilmişdir. Eləcə də, onun cari ilin iyulunda, Abşeron rayon sakini Ramin Atakişiyevin etimadını qazanaraq qızıl üzüyünü alması müəyyən edilmişdir.