Narkotik vasitə ilə tutulmuş Salyan şəhər sakini Mirhabil Bədirovun evinə baxış zamanı odlu və soyuq silahlar aşkar edilərək götürülmüşdür
11.11.2011Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan şəhər sakini, əvvəllər məhkum olunmuş Mirhabil Bədirovdan 10 qram həşiş götürülmüşdür. Onun evinə baxış zamanı orada 1 ədəd "Makarov" və 1 ədəd "Valter" markalı tapançalar, 1 ədəd pnevmatik tüfənk, 7 ədəd patron, 2 ədəd patron darağı, 2 ədəd süngü-bıçaq, 2 ədəd xəncər və 7 ədəd bıçaq aşkar edilmişdir.