Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir

12.09.2006

Baş Dövlət Yol Polisi İdarəsi və Qaradağ RPİ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində, Biləsuvar rayon sakini Fəyyaz Məmmədovdan 0,629 qram heroin, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Dmitriy Şirvanovdan 0,218 qram heroin, Nəsimi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, əvvəllər məhkum olunmuş Həsən Salmanovdan 0,674 qram heroin, Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Sahil Həbibovdan 2,225 qram heroin, bir qramlıq şprisdə 2,264 qram heroin məhlulu və 1 ədəd bıçaq, Naxçıvan ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə şəhər sakini Akim Həmzəyevdən 2,59 qram heroin götürülmüşdür. Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Masallı rayon sakini Rafiq Ağayevdən 0,359 qram heroin götürülmüşdür. R.Ağayevə narkotik vasitəni vermiş, Abşeron rayon sakini İlham Əsirov tutulmuşdur. Bərdə RPŞ əməkdaşları tərəfindən rayon ərazisində 1,9 hektar sahədə yabanı halda bitmiş, çəkisi 885 kiloqram olan 3242 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.

12.09.2006 tarixinə olan kriminal məlumatlar