Sabunçu rayonu ərazisində Lənkəran şəhər sakini İ.Əhmədov avtobusu idarə edərkən Bakı şəhər sakini A.İmanlını vurmuşdur
03.11.2011Oktyabrın 30-da saat 17.40 radələrində Sabunçu rayonu ərazisində Lənkəran şəhər sakini İbrahim Əhmədov "Otoyol" markalı avtobusu idarə edərkən Bakı şəhər sakini Amin İmanlını vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.İmanlı noyabrın 3-də orada ölmüşdür.