Qazax rayonu ərazisində yol-nəqliyyat hadisəsi
02.11.2011Noyabrın 3-də saat 02.00 radələrində Qazax rayonu ərazisində rayon sakini Etibar Ocaqquliyev "VAZ-2106" markalı avtomaşını idarə edərkən Tovuz rayon sakini Vasif Əzizovu vurmuş və idarəetməni itirdiyindən avtomaşını Əlibrahim Hüseynovun idarə etdiyi "KamAZ" markalı avtomaşına çırpmışdır. Nəticədə V.Əzizov və "Jiquli"dəki sərnişin Elmira Mehdiyeva hadisə yerində ölmüşlər.