Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nizami rayonu Babək prospektində yol-qəza hadisəsi

09.09.2006

Saat 18:30 radələrində, Nizami rayonu Babək prospektində, Bakı şəhər sakini Sahib Ələkbərovun idarə etdiyi "Mercedes" markalı və Fətəli Mahmudovun idarə etdiyi "Toyota-Prado" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə S.Ələkbərovun sərnişinləri, Hövsan qəsəbə sakini, 1969-cu il təvəllüdlü Elxan Şəfiyev və 40-45 yaşlı qadın hadisə yerində ölmüş, xəsarət almış S.Əkbərov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.