Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir

09.09.2006

Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Əmircan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rasim Hacıağayevdən 0,224 qram heroin, Ucar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, rayon sakini Əlizadə Allahverdiyevdən 5, 5 qram heroin, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Xanlar Qazıyevdən 12,1 qram marixuana götürülmüşdür. Qazax RPŞ əməkdaşları tərəfindən rayon ərazisində 0,72 hektar sahədə yabanı halda bitmiş, çəkisi 4866 kiloqram olan 3893 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.