Bakı şəhər sakini Nicat Həsənova bıçaqla xəsarət yetirmiş Mənsimov Səməd tutulmuşdur
15.10.2011Oktyabrın 15-də Nərimanov rayonu ərazisindəki "Çanaq Qala" restoranında şəhər sakini Mənsimov Səməd xuliqanlıq zəminində həmyerlisi Nicat Həsənova bıçaqla ayaq nahiyəsindən xəsarət yetirmişdir. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Mənsimov tutulmuşdur.