Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

06.09.2006

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Nizami RPİ 25-ci PB əməkdaşları Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Nuriyevdən 0,261 qram heroin, Gəncə ŞPİ əməkdaşları Qazax rayon sakini Müşfiq Hacıyevdən şprisdə 1 mlqram heroin məhlulu götürmüş, Zərdab RPŞ əməkdaşları tərəfindən həmin rayon ərazisində məskunlaşmış Ağdam rayon sakini Vəli Quliyev 4,014 qram marixuananı 100 min manata, Bakı şəhərində məskunlaşmış həmyerlisi, əvvəllər məhkum olunmuş Bakir Nuriyevə satarkən tutulmuşlar. V.Quliyevin evinə baxış keçirilərkən əlavə olaraq 6,019 qram marixuana aşkar edilərək götürülmüşdür.