Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonu ərazisində 6 nəfərin ölümü ilə nəticələnmiş yol-qəza hadisəsi baş vermişdir

05.09.2006

Saat 22.30 radələrində Sabunçu rayonu ərazisində, həmin rayon sakini Adil Alıyevin idarə etdiyi "BMW" markalı, Bakı şəhər sakini Bəşir Süleymanlının idarə etdiyi "VAZ-2107" markalı, "VAZ-21011" markalı, "VAZ-21099" markalı və "Toyota Land Kruzer" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə, A.Alıyev, "VAZ-21011" markalı avtomaşının sərnişini, Bakı şəhər sakini Əkrəm Hüseynov və 4 nəfər hadisə yerində ölmüş, R.Süleymanlı isə xəstəxanaya yerləşdirilmişdir. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.