Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Hacıqabul-Muğan yolunun Hacıqabul rayonu ərazisində yol-qəza hadisəsi

05.09.2006

Saat 14.30 radələrində Hacıqabul-Muğan yolunun Hacıqabul rayonu ərazisində Bakı şəhər sakini Eldar Xanuqayevin idarə etdiyi "Mersedes-Benz" markalı mikroavtobusla, Yevlax rayon sakini Gəray Hüseynovun idarə etdiyi "KamAZ" markalı avtomaşın toqquşmuşlar. Nəticədə, 11 nəfər ölmüş (6 qadın, 4 kişi, 1 oğlan uşağı), 11 nəfər xəsarət (7 kişi, 2 qadın, 2 qız uşağı) almışdır. Xəsarət alanlar Hacıqabul və Əli Bayramlı şəhər mərkəzi xəstəxanalarına yerləşdirilmişlər.