Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Suraxanı rayonu ərazisində baş vermiş yol-qəza hadisələri

02.09.2006

Saat 12.00 radələrində, Suraxanı rayonu ərazisində, həmin rayon sakini Elnur Əliyev "VAZ-2101" markalı avtomaşını idarə edərkən onu ağaca vurmuşdur. Nəticədə, E.Əliyev hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, qonşuları İlkin Badəlov və İntiqam Bayramov xəsarətlə xəstəxanaya yerləşdirilmişlər.Saat 01.00 radələrində, Suraxanı rayonu ərazisində, həmin rayon sakini Nazim Şirəliyev "VAZ-21011" markalı avtomaşını idarə edərkən, həmyerlisi Mövlan Məmmədovu vurmuşdur. Nəticədə, xəsarətlə xəstəxanaya yerləşdirilmiş M.Məmmədov orada ölmüşdür.