Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir

02.09.2006

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Xətai RPİ-nin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Ağayevdən 0,283 qram heroin, Bərdə RPŞ-nin əməkdaşları Bərdə rayon sakini Vüqar Səfərovdan 6,5 qram marixuana götürmüşlər. Qazax RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində 32 sot sahədə yabanı halda bitmiş, çəkisi 7910 kq olan 4653 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.