Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 25 cinayət faktı qeydə alınmışdır

01.09.2006

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 25 cinayət faktı qeydə alınmışdır ki, onların 17-i "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 15 nəfər yaralanmışdır. Gün ərzində 2 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 8 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 30 nəfər tutulmuşdur