Seymur Əliyevə yüngül xəsarət yetirmiş Xəqani Məmmədov və Elmir Sadıqov tutulmuşlar.
01.09.2006Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Seymur Əliyevə yüngül xəsarət yetirmiş, hər ikisi əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri Xəqani Məmmədov və Elmir Sadıqov tutulmuşlar. Onlardan 2 ədəd bıçaq, X.Məmmədova məxsus "Mersedes" markalı avtomaşından isə 1 ədəd "Valter" tapançası və 5 ədəd patron götürülmüşdür. Müəyyən edilmişdir ki, E.Sadıqov "SMH MMC" ət sənayesi şirkətinə məxsus "İveko" markalı avtomaşından 30 milyon manat pul oğurlamışdır.