Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisində yol-qəza hadisəsi

31.08.2006

Saat 13.20 radələrində Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisində Bakı şəhəri ərazisində məskunlaşmış Ağdam rayon sakini Flora Babayevanın idarə etdiyi "CİP-Murano" markalı və Sahib Pənalıyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə, F.Babayevanın sərnişini, əri İlham, S.Pənalıyev, sərnişinləri Bakı şəhəri ərazisində məskunlaşmış Ağdam rayon sakinləri Yeganə Quliyeva, oğlu Yadigar hadisə yerində, Əlvan Hüseynov, Bərdə rayon sakini Süleyman Atakişiyev və 35-40 yaşlı kişi isə xəstəxanaya aparılarkən yolda ölmüş, F.Babayeva, sərnişinləri, qızları Ülviyyə və Nərmin xəsarətlə xəstəxanaya yerləşdirilmişlər.