DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində cəmi 25 cinayət faktı qeydə alınmışdır

11.05.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 25 cinayət faktı qeydə alınmışdır ki, onların da hamısı «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər ölmüşdür. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə tələfat olmamışdır. Daxili işlər orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 27 nəfər tutulmuşdur.