DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 31 cinayət faktı qeydə alınmışdır

30.08.2006

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 31 cinayət faktı qeydə alınmışdır ki, onların 25-i "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 4 nəfər ölmüş, 12 nəfər isə yaralanmışdır. Gün ərzində 1 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 39 nəfər tutulmuşdur.