Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

30.08.2006

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Naxçıvan MR DİN-in əməkdaşları Naxçıvan şəhər sakini Polad Zöhrabovdan 7,9 qram heroin, Ordubad rayon sakini Aslan Tarverdiyevdən 201,7 qram marixuana, Suraxanı RPİ əməkdaşları Əmircan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Məzahir İbrahimovdan 0,252 qram, Binəqədi RPİ 4-cü PB əməkdaşları isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sergey Kraçeskovdan 0,236 qram heroin götürmüşlər. S.Kraçeskova narkotik vasitəni satmış Bakı şəhər sakini Mehman Quliyev tutulmuşdur.