Sabunçu rayonu ərazisində baş vermiş YNH nəticəsində 2 nəfər ölmüş, 7 nəfər xəsarət almışdır
06.09.2011Sentyabrın 7-də saat 23.00 radələrində Sabunçu rayonu ərazisində şəhər sakinləri Elsəvər Əliyevin idarə etdiyi "VAZ-2106" markalı və Yolçu Musayevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Xəsarət almış Y.Musayev və sərnişinləri - arvadı Fəridə, qızı Fatma, oğlanları İbadət, Rüfət, Rəşad, qohumu Xeyransa Musayeva, habelə E.Əliyev və sərnişini arvadı Gülnarə xəstəxanaya yerləşdirilmişlər. Hər iki sürücü orada ölmüş, sərnişinlərin vəziyyətləri isə orta-ağırdır.