Gövhər İbrahimova və Eliza İsmayılova bir qrup şəxslə cinayət əlaqəsinə girərək insan alveri ilə məşğul olaraq tutulmuşdurlar
29.08.2006İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Mingəçevir şəhər sakini Esmira Hüseynova insan alveri ilə məşğul olaraq, gəlir əldə etmək məqsədilə 2006-cı ildə Azərbaycan Respublikasının vətəndaşını Türkiyəyə cinsi istismar edilməsi üçün apardığına görə tutulmuşdur. İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakinləri Gövhər İbrahimova və Eliza İsmayılova bir qrup şəxslə cinayət əlaqəsinə girərək insan alveri ilə məşğul olaraq, gəlir əldə etmək məqsədilə 2006-cı ildə Azərbaycan Respublikasının vətəndaşını Türkiyəyə cinsi istismar edilməsi üçün göndərib satmalarına görə tutulmuşlar.