İmişli rayonunun Qaragüvəndli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
02.09.2011Sentyabrın 3-də saat 08.00 radələrində İmişli rayonunun Qaragüvəndli kəndi ərazisində, kənd sakini Abdulla Mirzəyevin idarə etdiyi "QAZ-53" markalı və Canpolad Yarəhmətovun idarə etdiyi "VAZ-21012" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə C.Yarəhmətovun sərnişini Hafiz Nağı oğlu xəstəxanaya aparılarkən yolda ölmüş, xəsarət almış C.Yarəhmətov və A.Mirzəyevin sərnişinləri Rahilə Şirinova, Cəmilə Əliyeva, Fərqanə Bağırova və Aytən Babayeva xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.