DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində cəmi 15 cinayət faktı qeydə alınmışdır

09.05.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 15 cinayət faktı qeydə alınmışdır ki, onların da 13-ü «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüş, 12 nəfər yaralanmışdır. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə tələfat olmamışdır. Daxili işlər orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 13 nəfər tutulmuşdur.

09.05.2005 tarixinə olan kriminal məlumatlar