Zaşirə Denişova, Gülbəniz, Aybəniz və Almaz Şərifova bacıralı birgə cinayət əlaqəsinə girərək, insan alveri ilə məşğul olaraq tutulmuşdular
26.08.2006İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Mingəçevir rayon sakini Zaşirə Denişova, Qəbələ rayon sakinləri Gülbəniz, Aybəniz və Almaz Şərifova bacıralı birgə cinayət əlaqəsinə girərək, insan alveri ilə məşğul olaraq, gəlir əldə etmək məqsədilə Azərbaycan Respublikasının vətəndaşı olan 2 qadını Pakistan İslam Respublikasına cinsi istismar edilmələri üçün göndərilməsinə görə tutulmuşlar.