Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

26.08.2006

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakinləri Aleksandr Starostin, Arif Baqşiyev və əvvəllər məhkum olunmuş Balağa Kərimov qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girərək 0,357 qram heroini satarkən tutulmuşlar. A.Baqşiyevin üzərinə baxış zamanı 0,332 qram heroin aşkar edilərək götürülmüşdür. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Biləsuvar RPŞ-nin əməkdaşları Raci İsgəndərovdan 0,511 qr heroin götürmüş, Ağdaş RPŞ əməkdaşları Sadiq Zəkəriyəyevi 4,08 qram marixuananı, qonşusu Nurlan Abdullayevə satarkən tutulmuşlar.