Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

«Hikmət-Petrol» yanacaq və qazdoldurma məntəqəsində partlayış baş vermişdir

04.05.2005

Əzizbəyov rayonunun Sabunçu qəsəbəsində məskunlaşmış Ağdam rayon sakini Şakir Əliyevə məxsus «Hikmət-Petrol» yanacaq və qazdoldurma məntəqəsində çənə qaz doldurularkən yanğınla nəticələnən partlayış baş vermişdir. Nəticədə məntəqənin yanar konstruksiyaları, yaxınlıqdakı ərzaq mağazasının, habelə avtobus dayanacağının dam örtükləri yanmışdır. Hadisə zamanı məntəqənin sahibi Ş.Əliyev və Zirə qəsəbə sakini Telman Əliyev ölmüş, 13 nəfər isə müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişlər.