«Hikmət-Petrol» yanacaq və qazdoldurma məntəqəsində partlayış baş vermişdir
04.05.2005Əzizbəyov rayonunun Sabunçu qəsəbəsində məskunlaşmış Ağdam rayon sakini Şakir Əliyevə məxsus «Hikmət-Petrol» yanacaq və qazdoldurma məntəqəsində çənə qaz doldurularkən yanğınla nəticələnən partlayış baş vermişdir. Nəticədə məntəqənin yanar konstruksiyaları, yaxınlıqdakı ərzaq mağazasının, habelə avtobus dayanacağının dam örtükləri yanmışdır. Hadisə zamanı məntəqənin sahibi Ş.Əliyev və Zirə qəsəbə sakini Telman Əliyev ölmüş, 13 nəfər isə müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişlər.